Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi 15-16 aprel və 18-19 aprel 2019-cu il tarixlərində, Zərdab və Naxçıvan şəhərlərində “Biznesin qaydaları” adlı təlimlər keçirib. “Gənclərin sahibkarlığı iqtisadi inkişafın əsas mühərriyi kimi” layihəsinin əsas məqsədləri gənclərin məşğulluğunun artırılması, gənclərin biznes haqqında məlumatının artırılması, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi və gənclərə öz biznesini yaratmaqda dəstək olmaqdır. Təlimlərdə biznesin təşkili və idarə edilməsi, satışın həyata keçirilməsi, rəqəmsal marketinq, maya dəyərinin qiymətləndirilməsi, digital marketinq imkanları, sifarişçilər ilə sənədləşmənin aparılması mövzularında ətraflı məlumat verilib. Ümumilikdə təlimlərdə 140 yaxın gənc iştirak edib. Təlimlərdə bir neçə gəncin start-up layihələri təlimçilər ilə birlikdə müzakirə olunub. Təlimin sonunda iştirakçılar şəhadətnamə ilə təltif edilib.