Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “Respublika Rəy Sorğusu” layihəsini həyata keçirir. Layihə çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarına, o cümlədən, Şəmkir, Qazax, Gəncə, Quba, Masallı, Biləsuvar, Beyləqan, Sabirabad rayonlarına səfərlər təşkil olunub və gənc könüllülər tərəfindən rayonlarda yaşayan 14-29 yaşlı gənclər arasında sorğu keçirilib. Layihənin əsas məqsədi region gənclərinin maraq dairəsini öyrənmək, onların sosial aktiv gənc kimi formalaşmasına və maariflənməsinə yardım etməkdir. Sorğunun nəticələri bəlli olduqdan sonra çoxlu sayda maarifləndirici layihələrin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, rəy sorğusu hazırda digər regionlarda davam etdirilir.