Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində 15 görüşdən artıq 5-i baş tutub. Tələbələrlə görüşlərdə bu günə qədər ardıcıl olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dr. Hande Harmancı, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan nümayəndəliyinin
rəhbəri cənab Yaşar Həmzəyev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Quido Ambroso, BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin iştirak edib. “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində qarşıdakı tarixlərdə də görüşlərin davam etməsi nəzərdə tutulub.