[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/Sayt-logo1.jpg” ]
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil olunan Nə? Harada? Nə zaman? oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatının regionlarda keçirilən seçim turunun nəticələri açıqlanıb. Turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda Abşeron, Şamaxı, Quba, Lənkəran, Naxçıvan, Salyan, Şəki, Zaqatala, Gəncə və Sumqayıtda fəaliyyət göstərən ali məktəblərin tələbələri mübarizə aparmışlar. Regional seçim turunda 100-dən çox komandada 800-dən çox tələbə iştirak edib. Nəticədə, Bakıda keçiriləcək finala 16 komanda vəsiqə qazanıb.
1 Abşeron Exotiya
2 Abşeron Scorpions
3 Quba Fətəlixan
4 Naxçıvan Əlincə
5 Mingəçevir Təbriz
6 Ağcabədi Gənc istedadlar
7 Şamaxı Səma
8 Şəki Qarabağ
9 Gəncə Yandeks
10 Sumqayıt Elvin və Brunduklar
11 Şəki Everest
12 Salyan Cümhuriyyət
13 Gəncə İnam
14 Salyan Zəka
15 Zaqatala Simurq
16 Gəncə Gələcəyə inam
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, Atəşgah İntellektual Oyunlar Klubu, Xəzər İntellektual Gənclər Klubu, Turan İntellektual Oyunlar Klubu və “İrəli” İctimai Birliyi tərəfindən təşkil olunan Nə? Harada? Nə zaman? oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatı noyabrın 25-də “Kempinski Hotel Badamdar”da keçiriləcək.