[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/189760_387035584709144_781001869_n.jpg” ]
18 noyabr 2012-ci il tarixində Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Tütünsüz məkan” layihəsinin könüllülərinin mükafatlandırılması keçirilimişdir. Azercell-in Barama ofisində keçirilən tədbirdə layihədə iştirak edən 8 nəfər könüllüyə layihənin uğurla baş tutmasında əvəzsiz rolu olduğunu bildirən Təşəkkürnamələr, Azercell Tədris Akademiyası tərəfindən keçirilən “Təqdimetmə bacarıqları” təlimini müvvəfəqiyyətlə başa vurduğunu təsdiq edən Sertifikatlar və ən aktiv 2 nəfər könüllü – Cəfərov Sofiqə və Abduləzizov Rzaya Azəbaycan Bodibildinq Federasiyası tərəfindən təşkil olunan “BestGym” İdman-sağlamlıq kompleksinə 2 aylıq pulsuz abonementlər təqdim olunmuşdur.
Adıçəkilən layihə üçün xüsusi poliqrafik materiallar hazırlanaraq ictimaiyyətə çatdırılmış, habelə Azərbaycanın 30-dan çox ali təhsil müəssisəsində informativ materiallar yerləşdirilmiş, gənclərlə görüşlər keçirilərək passiv tütünçəkmənin insan orqanizmi üçün nə dərəcədə təhlükəli olması barədə məlumat verilmişdir.