Bir qrup könüllü gəncin və şəhid oğlu Aqşin Oruclunun təşəbbüsü ilə paytaxt Bakıda başlayan şəhid ailələri ilə həmrəylik kampaniyası regionlarda davam etdirildi. Ölkənin bütün regionlarından könüllü gənclər bu aksiyaya qoşularaq şəhid ailələrinə dəstək nümayiş etdirdilər. Ümumilikdə, Bakı, Sumqayıt, Beyləqan, Biləsuvar, Füzuli, Mingəçevir, Masallı, Sabirabad, Şəki, Şəmkir, Xaçmazda yaşayan 53 şəhid ailəsi ziyarət olundu. Prezident İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan gənclər “Şəhidimiz” kampaniyasına qoşularaq ölkə gəncliyinin birliyini nümayiş etdirdi.