[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/IMG_9761.jpg” ]
10-13 Noyabr, 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi və Enactus Azərbaycan – “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc Sahibkarlar üçün Biznes Akademiyası ” adlı düşərgə keçirilmişdir. Bu layihədə təhsil müəssisələrinin Enactus (SIFE) komandalarının aktiv üzvləri iştirak edirdi. “Gənc Sahibkarlar üçün Biznes Akademiyası” düşərgəsində ali təhsil ocaqlarının Enactus (SIFE) məsləhətçiləri, komanda kapitanları və komandanın aktiv üzvləri iştirak edirlər.
Enactus (SIFE) “Gənc Sahibkarlar üçün Biznes Akademiyası ” düşərgəsinin məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, tələbələrdə mövcud liderlik qabilliyyətinin inkişaf etdirilməsi, biznes planlarının düzgün yazılışının öyrədilməsi, layihə müddətində düzgün vaxt bölgüsünün təmin edilməsi, effektiv komanda yığımı, layihələrin idarə edilməsi və iş bölgüsünün təmin edilməsi, təqdimat bacarıqlarının artırılması, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Düşərgənin ilk günündə iştirakçılara ENACTUS Azərbaycanın Proqram Meneceri tərəfindən ENACTUS proqramı haqqında, komandaların sponsorlarla görüşü, komandada iş bölgüsü və media haqqında təlimlər keçirilib. Düşərgənin ikinci günündə tələbələrə SIFE adının ENACTUS adına dəyişməsi haqqında təlim keçirilib. Bundan başqa ikinci gün “Top-to-top” Forumu da keçirilib. Tələbə liderləri arasında regionda mövcud olan problemlərin müzakirəsi keçirilib. Düşərgənin üçüncü günündə ENACTUS Ümumdünyanın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Regional Vitse Prezidenti Yusuf Məcidov tərəfindən təlimlər keçirilib. Təlimlərdə tələbələrə ENACTUS kriteriyası izah edilib. Bundan başqa, tələbələrə qiymətləndirmə elementləri də izah olunub.
Düşərgənin sonuncu günündə tələbələr öyrəndikləri bilikləri təcrübədən keçiriblər. Bundan başqa, düşərgə müddətində tələbələr arasında müxtəlif “team building”lər də keçirilib. Düşərgənin sonunda hər bir tələbə öz fikrini bildirərək, “Gənc Sahibkarlar üçün Biznes Akademiyası” düşərgəsinin yüksək şəkildə təşkil olunduğunu, çoxlu biliklər əldə etdiklərini, komandalar arasında əlaqələrin gücləndiyini, yeni ideyaların yarandığını söyləmiş və düşərgəni təşkil etdikləri üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fonduna və Enactus Azərbaycan “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinə öz təşəkkürlərini bildirmişlər. Düşərgənin sonunda hər bir tələbə sertifikatla təltif edilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”4569″ id=”4569″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]