Gəncədə “İşıq Saçan Sözlər” adlı layihənin təqdimat mərasimi keçirilib

94

04 mart 2019-cu il  tarixində  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Gənclər və İdman Baş İdarəsinin, Gəncə Gənclər Evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin və Gəncə Regional Debat Mərkəzinin tərəfdaşlığı ilə Gəncə Musiqi Kollecində  “İşıq Saçan Sözlər” adlı  layihənin təqdimat mərasimi  keçirilib.
Tədbiri giriş sözü ilə açan layihənin təlimçisi  Etiram Sadıqzadə layihənin vəzifələri, layihə çərçivəsində gənclərin qazanacaqları təcrübə məsələlərinə toxunaraq, bu layihənin Gəncə regionu üçün aktual olduğunu və Nizami yurdu olan qədim Gəncə şəhərində layihənin keçirilməsindən məmnunluq duyduğunu dilə gətirib. Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi  ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.
Daha sonra layihə rəhbəri Fatimə Vəliyeva layihənin təqdimatını keçirib. F.Vəliyeva layihənin məqsədi, layihə çərçivəsində görüləcək işlər haqqında geniş məlumat verib. F.Vəliyevanın  sözlərinə görə layihənin davamlılığının təmin edilməsi məqsədi ilə layihənin tərəfdaşlarından Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin seçilməsi məhz istedadlı gənclərin Yazıçılar Birliyinə cəlb olunması və onların istedadlarının cəmiyyətə çatdırılmasından ibarət olduğunu vurğulayıb. Qonaq qismində iştirak edənlər Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin məsləhətçisi Aləmzər Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Təmkin, “Günəşin nuru” layihəsinin rəhbəri gənc şairə Esmira Günəş, gənc şair Əmrah Tənha bu cür layihələrin keçirilməsinin gənclərin həyatında, həmçinin poeziyanın Azərbaycanın mənəvi irsi olduğunu və bu irsi qorumalı olduqlarını söyləyərək, gəncləri  bu cür tədbirlərdə iştirak etməyə çağırıb və gəncləri ruhlandırmaq üçün öz yazdıqları şeir nümunələrindən gənclərə təqdim ediblər. Bundan ruhlanan gənclər daha sonra şeir nümunələri ilə çıxış ediblər. Sonda tədbirin aparıcısı və layihənin təlimçisi E. Sadıqzadə Azərbaycanın dahi şairləri və yazıçıların sitatlarından ibarət  kiçik yarışma keçirib.