Şəmkir və Qazax rayonlarında gənclərlə görüş keçirilib

277

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov martın 4-də Şəmkir və Qazax rayonlarında yaşayan fəal gənclər və gənc birliklərin üzvləri ilə görüşdə iştirak ediblər. Görüşdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Şəmkir və Qazax rayonlar ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açılıb. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd rayon gənclərinin porblemlərini və təkliflərini dinləmək, gənclərə fəaliyyətlərinə yardımcı olmaqdır. Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib. Rayon gəncləri onları düşündürən məsələlərlə bağlı suallar ünvanlayıb, bəzi təkliflərlə çıxış ediblər. Yaxın gələcəkdə Şəmkir və Qazax Gənclər Mərkəzlərinin fəaliyyəti çərçivəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə razılıq əldə olunub. Eyni zamanda, hər iki rayonda Gənclər Mərkəzlərinin fəaliyyətində aktivliyin artırılması, bu istiqamətdə işlərin gücləndirilməsi nəzərdə tutulub.