Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə fevralın 27-də “Mini Art” layihəsi çərçivəsində Gəncə şəhərində yaşayan gənc rəssamların miniatür üslubda çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Çıxış edən N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi, layihə rəhbəri Fidan Böyükbabalı Gənclər Fonduna öz təşəkkürünü bildirərərək “Mini Art” layihəsi haqqında ətraflı məlumat verib. Tədbirdə son illərdə Azərbaycan mədəniyyətinin və tarixinin təbliği istiqamətində həyata keçirilən layihələrdən danışılıb.Sərgiyə baxış keçirildikdən sonra, iştirakçılara Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mini Art” bədii sərgisi layihəsi çərçivəsində müəllifi Fidan Böyükbabalı olan “Azərbaycan miniatür tarixi” kitabı paylanılıb. Sərgidə ,həmçinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Dövlət Kamera Orkestrinin kvarteti musiqi nömrələrini təqdim edib. Qeyd edək ki, 31 gənc rəssamın rəsm əsəri seçilərək sərgidə təqdim olunub.