“Yol hərəkəti qaydalarını öyrənək” layihəsi çərçivəsində məktəblilər üçün təlimlər təşkil edilmişdir

74

19-21 fevral 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək” layihəsi çərçivəsində Şirvan, Mingəçevir və Naftalan şəhərində məktəblilər üçün maarifləndirici təlimlər keçirilmişdir. Təşkil olunan təlimlər 300-dən çox məktəblini əhatə etmişdir. AAF mütəxəssisələri yol hərəkəti təhlükəsizliyi, ictimai nəqliyyatda davranış qaydaları, yol nişanları və digər mövzularda çıxışlar etmişlər, videoçarx və əyani vəsaitlər nümayiş olunmuşdur. Təlimlərdə fərqlənən iştirakçılara Azərbaycan Avtomobil Federasiyasının “Uşaqlar üçün yol hərəkəti qaydaları” adlı nəşri hədiyyə olunmuş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.