Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Bərdə regional ASAN xidmət mərkəzində mərkəzin könüllüləri üçün “Paper cutting” – kağız kəsmə sənətinin gənclərə öyrədilməsi məqsədi daşıyan layihə həyata keçirilmişdir. Həyata keçirilən “Paper Cutting sənətinin gənclərə aşılanması” layihəsi çərçivəsində gənclər kağız kəsmə sənəntinin sirlərini öyrənmək üçün beş təlim sessiyasında iştirak etmişlər. 30-dan çox gəncin qatıldığı təlimdə könüllülər istifadə olunmuş kağızlara yeni həyat vermək üçün sözü gedən sənətin sirlərini öyrənmişlər. Nəzəri biliklərlə yanaşı praktik tapşırıqlar edən Bərdə ASAN könüllüləri həmçinin özlərinin fantaziyalarına uğun şəkillərin kəsimlərini hazırlayıb müxtəlif dekorasiyalar ərsəyə gətirmişlər.
Layihənin sonunda iştirakçıların əl işlərindən ibarət sərgi də təşkil olunmuşdir. Sərgini giriş sözü ilə açan layihə rəhbəri Şamxal Yaqubov çıxış edərək layihə haqqında geniş məlumat vermiş və layihənin vacibliyi haqqında iştirakçıları məlumatlandırmışdır. Daha sonra Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru Əşrəf Əliyev çıxış edərək bu gün ölkə rəhbərliyinin gəncliyə olan diqqət və qayğısından danışmışdır. ASAN Xidmət mərkəzlərinin də gənclər üçün yaratdığı şərait haqqında geniş məlumat verən Əşrəf bəy həmçinin könüllülük xidmətinin gənlərə hansı imkanlar qazandırması haqqında geniş məlumat paylamışdır.
ASAN Xidmət rəhbərliyi ilə yanaşı sərgidə iştirak edən Bərdə rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Aydın Qasımov da çıxış edərək regionda gənclərin həyata keçirdiyi layihələr haqqında və eləcə də gəncliyin öhdəsinə düşən vəzifələrdən geniş söhbət açmışdır.
Layihə iştirakçılarının da çıxış etdiyi rəsmi hissə başa çatdıqdan sonra qonaqlar gənclərin əl işləri sərgisinə dəvət olunmuş və qonaqlara əl işlərinin hər biri haqqında geniş izah verilmişdir.