Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan Nailə Abbasovanın rəhbəri olduğu layihə, ASAN Könüllüləri “ASAN Teatr” Festivalı çərçivəsində İmişli “ASAN Həyat” kompleksində görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Kamança” əsərini səhnələşdirmişlər.
Festivalın məqsədi Azərbaycan mədəniyyətinin qədim, zəngin tarixini ictimaiyyətə nümayiş etdirmək və gənclərin dünya görüşünün formalaşmasına yönəlmiş tədbirlərin təşkilidir.