Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçirilmişdir. Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır. “Region Gənclərinin I Sahibkarlıq Forumu”nun rəsmi açılış mərasimi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin ev sahibliyi ilə baş tutmuşdur. Forumda qonaqların çıxışları dinlənilmişdir. Açılış nitqi ilə çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova layihə haqqında geniş məlumat verərək qeyd etmişdir ki, “Bu gün ölkəmizdə iqtisadiyyatın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı ən əsas şərtlərdəndir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də (2.1.10. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi) məhs gənclər arasında sahibkarlığın inkişafına həsr olunmuşdur. ”Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq da hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışmışıq. Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhs sahibkarlıq fəaliyyətidir. İcra edəcəyimiz layihə gənclərin, xüsusilə region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunmuşdur”. Daha sonra digər çıxışlar dinlənilmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, AzTEKSTİL MMC-nin təsisçi rəhbəri, uğurlu iş xanımı Pərvanə İsgəndərova,Yatırımcı ve Sanayici İşadamları Derneğinin İdarə Heyyətinin üzvü/Sosyal Sorumluluk Proje Başkanı, Alfa Grup Eğitim Kurumları Qurucusu Tuğba Koç Erciyas, Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov, SAT Qrup Şirkətinin təsisçi və rəhbəri Azad Qəhrəmanov, Azərbaycan Dövlət Aqrar Univeristetinin prorektoru Anar Hətəmov, Peşəkar İdarəçi Fəxri Ağayev çıxış etmişlər.
Rəsmi açılış mərasimindən sonra spikerlərin çıxışları ilə panel müzakirələri davam etmişdir.
1-ci paneldə aşağıdakı spikerlərlə mövzular müzakirə olunmuşdur:
1)Biznes konsultant/təlimçi, peşəkar idarəçi Fəxri Ağayev- “Öz biznesinə başla”
2)AzTekstil MMC-nin rəhbəri, Tekstilçilər Assosiasiyasının həmtəsisçisi və idarə heyyəti üzvü Pərvanə İsgəndərova- “İş həyatında QADIN”
3) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova –“Sosial sahibkarlığın üstünlükləri”
4) Alfa Grup Eğitim Kurumları (Ankara), Kurucu-yönetici, Yatırımcı ve Sanayici İşadamları Derneği Yönetim Kurulu üyesi/Sosyal Sorumluluk Proje Başkanı Tuğba Koç Erciyas – “Girişimciliğin Sihirli Duyquları”, “Öze inanmak, özden olmak”
5)SKAL (Beynəlxalq Turizm Peşəkarları təşkilatı Bakı Klubu) Bakı prezidenti- Ceyhun Aşurov- “Turizm sahəsində biznes imkanları və beynəlxalq təcrübə”
2-ci paneldə isə “SAT Group”un rəhbəri Azad Qəhrəmanov “Biznesdəki satış” ,“Baku Translation” və “Networking.az“ İş adamları Klubunun təsisçisi Orxan Hacıyev “Biznesdə əlaqələrin rolu”, AR İqtisadiyyat Nazirliyi yanında Biznes İnkubasiya məsələləri üzrə Əlaqələndirici komissiyasının üzvü, Karyera Planlama üzrə expert İlkin Məcidov “Sahibkarlığın inkişafında insan kapitalının rolu” mövzusunda təqdimatlarla çıxış etmişlər.
“Brave Heart”-Region Gənclərinin 1-ci Sahibkarlıq Forumu”unun 2-ci günü isə (16 fevral) Gəncə Gənclər Evinin ev sahibliyi ilə baş tutmuşdur. İştirakçılar Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin Gəncə nümayəndəliyi, Gəncə Kob Dostunun rəhbəri Anar Əliyevin təqdimatında KOB fəaliyyəti haqqında info sessiyada iştirak ediblər. Həmçinin Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, “One Young World” zirvəsinin Azərbaycanda elçisi, təlimçi/fasilitator, BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı gənc sahibkar və Prezident Mükafatçısı Sara Rəcəblinin moderatorluğu ilə “sosial sahibkarlıq” mövzusunda seminarda iştirak etməklə yanaşı, “International Exchang Erasmus Student Network”un Azərbaycan üzrə Prezidenti Fatimə Əhmədovanın təqdimatında isə beynəlxalq imkanlar haqqında məlumat əldə ediblər. Nahar fasiləsindən sonra gənclər 2 qrupda “Maliyyə Savadlılığı” və “Biznes planın yazılması” təlimində iştirak etmişlər.
Forumun sonunda fəal iştirakçılar şəhadətnamə ilə təltif olunmuşlar.