Azərbaycan Respublikasının Gənclər Fondu BEYNƏLXALQ TƏŞKİLATLARIN TƏCRÜBƏLƏRİNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ AVROPA PARLAMENTİNƏ (Brüssel şəhəri) NÖVBƏTİ TƏCRÜBƏ SƏFƏRİ ilə bağlı ərizələrin qəbulu üçün müsabiqə elan edir
Təcrübə səfəri haqqında:
Müsabiqə çərçivəsində 16-29 yaş arasında olan Azərbaycan Respublikası vətəndaşları beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 18 may 2019-cu il tarixindən 16 iyun 2019-cu il tarixinədək Avropa Parlamentinə (Brüssel şəhərinə) 1 aylıq təcrübəyə göndərilir.
Avropa Birliyi ilə artıq razılaşdırılan təcrübə proqramını gənclərin diqqətinə təqdim edirik:
19 may
- Ümumi məlumatlandırıcı görüş
- Şəhər turu
20 may
- Avropa İttifaqı barədə məlumatlandırıcı görüş
- Avropa Parlamentinə ilk ziyarət
21 may
- Avropa Parlamenti barədə məlumatlandırıcı görüş
- Avropa Parlamenti seçkiləri barədə araşdırma
22-23 may
- Avropa Parlamenti seçkiləri barədə araşdırma
- Tədbirlərin təşkilində köməkliyin göstərilməsi
24 may
- Qiymətləndirmə seminarı
26 may
- Avropa Parlamenti seçkilərinə həsr olunmuş ziyafətdə iştirak
27 may
- Avropa Parlamenti seçkiləri ilə bağlı aparılan ictimai müzakirələrdə iştirak
28 may
- Avropa Parlamenti seçkiləri ilə bağlı aparılan ictimai müzakirələrdə iştirak
- 28 may Respublika gününün qeyd edilməsi
29 may
- Avropa Parlamenti seçkiləri ilə bağlı aparılan ictimai müzakirələrdə iştirak
3-7 iyun
- Avropa Parlamentinin siyasi qruplarının yaradılması ilə bağlı təşkil edilən daxili görüşlərdə,
- Mətbuat konfranslarında,
- Avropa Parlamentinin rəsmi və qeyri-rəsmi tədbirlərində,
- Açılış sərgisində iştirak
10-14 iyun
- Avropa Parlamentinin siyasi qruplarının yaradılması ilə bağlı təşkil edilən daxili görüşlərdə,
- Mətbuat konfranslarında,
- Avropa Parlamentinin rəsmi və qeyri-rəsmi tədbirlərində iştirak
17-20 iyun
- Avropa Parlamentinin siyasi qruplarının yaradılması ilə bağlı təşkil edilən daxili görüşlərdə,
- Mətbuat konfranslarında,
- Səfirliklə görüşdə,
- Əməkdaşlıq konfransında iştirak
21 iyun
- Bağlanış ziyafəti
Müsabiqəyə müraciət qaydası:
Müraciət etmək istəyənlər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını (SƏFƏR QRANTI/Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirak (Brüssel)) müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Müsabiqə əsasında seçim zamanı gəncin təhsil göstəriciləri və dil bilikləri əsas götürüləcəkdir.
Müsabiqənin müddəti:
18 fevral 2019-cu ildən – 04 mart 2019-cu il saat 18:00-dək müraciətlər qəbul ediləcəkdir. Fond tərəfindən müraciətlərə 18 iş günü ərzində baxılacaqdır.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.
Müsabiqəyə ərizə təqdim etmək hüququ olan şəxslər:
Müsabiqəyə orta təhsili bitirmiş və ən az bakalavr təhsilinin 2-ci və daha yuxarı kurs tələbəsi olan,16-29 yaş arası Azərbaycan Respublikasının vətəndaşları, müraciət etdiyi təşkilatın işçi dilini bilən gənclər burada göstərilmiş ərizə formasını müvafiq qaydada doldurub, təqdim edə bilərlər.
Müsabiqə üzrə dəstəklənən xərclər:
Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədi ilə təcrübə səfərində iştirak edənlərin xərcləri dəvət edən beynəlxalq təşkilatın ödəmədiyi ehtiyac üzrə aşağıdakı xərclər qarşılanır:
- viza xərcləri;
- tibbi sığorta xərcləri;
- yaşayış (yataqxana, gündəlik qida və digər) xərcləri;
- yol (bir dəfə ölkəyə gediş-gəliş (aviabilet)) xərcləri.