Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şabran rayonunda “Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihə çərçivəsində təlim keçirilmişdir. Tədbirdə ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Məmmədova Könül tədbir iştirakçılarına layihə haqqında məlumat vermişdir. O, layihənin reallaşması üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyətə başlamaq istəyən yaradıcı gənclərə dəstək olmaqdır.
Daha sonra təlimçi Elşən Şərifov çıxış edərək gənclərə “Sahibkarlığa başlamağın yolları” və s. mövzularda ətraflı məlumat vermişdir.
Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər paylanılmışdır. Təlimin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.