Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği“ adlı layihə çərçivəsində mətubat konfransı keçirmişdir.
Konfransı giriş sözü ilə acan GVİB-nin sədr müavini Z.Kazımov layihə və görülən işlər barəsində ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, layihə çərcivəsində bir çox konfrans, dəyirmi masalar və idman tədbirləri keçirməklə yanaşı vətənpərvərlik mövzusunda Milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı respondentlər arasında sosioloji sorğular da keçirilmişdir. Layihə rəhbəri M. Əliyev qeyd edərək bildirmişd ki, layihə çərçivəsində çox uğurlar əldə edilmi,ş, tədbirlər nətiçəsində yeniyetmə və gənclərə vətənpərvərlik və sağlam həyat barədə geniş məlumat verilmiş, onların istək arzuları, fikirləri öyrənilmişdir. Qarşıya qoyulmuş əsas məqsəd gənclər arasında sağlam həyat tərzini, vətənpərvərliyi, əzimkarlığı, fiziki hazırlığ və bu kimi üstün keyfiyyətləri gənclərə aşılamaq olmuşdur. Beləliklə də layihədə iştirak edən gənclər əldə etdikləri bilik, bacarıq və təcrübələrini tədbiq edərək təmsil etdikləri cəmiyyətlərdə ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrdə təbliğat və maarifləndirmə işinə öz töhvələrini verəcəklər. Layihə rəhbəri M.Əliyev onuda qeyd etmişdir ki, bu layihədə faydalananlar 18 yaşa qədər 300 nəfər, 18-30 yaşına qədər 600 nəfər, ümumilikdə layihədən bəhrələnən 500 nəfərdən çox gənc olmuşdur.
Bu layihə təşkilatın işinə çox böyük müsbət təsir göstərmişdir. Belə ki, təşkilatın üzvlərinin sayı genişlənmiş və layihənin idarə olunması sahəsindəki təcrübəsi artmış, dövlət və qeyri-dövlət orqanları ilə əməkaşlığı gücləndirmiş və yerli mətubatda tanıtılmışdır.
Konfrans diskusiya şəraitində başa catmış və KİV tərəfindən verilən suallar cavablandırılmışdır.