2 fevral 2019-cu il tarixində Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsi, “Mədəniyyət” kanalı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr edilmiş flaşmob reallaşdırılmışdır. Fləşmobda gənclərin milli rəqslərimizin sədaları altında nümayiş etdirdikləri həmrəylik bulvarda olan insanlar tərəfindən maraqla qarşılanmışdır.