Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Şəhidlik ən yüksək zirvədir” adlı layihə reallaşdırılmışdır. Layihənin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, azərbaycançılıq ideologiyasının gənclərə aşılanması və sağlam fikirli gənclərin yetişdirlməsində rol oynamaqdan ibarətdir.
246 saylı tam orta məktəbdə keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nərmin Ağayeva öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirərək layihənin əsas məqsəd və hədəflərindən söz açmışdır. Növbəti çıxış üçün söz Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş təlimatçısı Rahil Şükürov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyevə verilmişdir. Daha sonra qeyd olunan məktəbin şagirdlərinin yazdıqları bəzi inşalar dinlənilmiş və yazılan bütün inşalar yiğılaraq ekspert yoxlanışa yönləndirilmişdir. Layihə çərçivəsində növbəti tədbir 115 saylı tam orta məktəb və 83 saylı məktəb litseydə keçirilmişdir. İlk növbədə inaşalar dinlənilmiş ekspert rəyindən sonra ilk 3 yeri tutan şagirdlər diplomla təltif edilmiş və hədiyyə ilə mükafatlandırılmışdır. Həmçinin layihədə iştirak edən hər bir məktəbliyə sertifikat təqdim edilmişdir.