Gənclər Fondunun Gənclər Günü keçirəcəyi tədbirlər

365

Əziz gənclər! Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikasının Gənclər Fondu 2 fevral Gənclər Günü münasibəti ilə ümumrespublika  “İntellektual Klubların Gənclər Kuboku” adlı intellektual bilik yarışması, “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin açılışı, “Gənclər Təşkilatlarının Mükafatlandırılması” və  Dənizkənarı Milli Parkda gənclər üçün konsert proqramı təşkil edəcəkdir.