Horadizdə “İntellektual Region Gəncləri” adlı layihə keçirilmişdir

126

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan “Xəmsə” Milli İntellektual Oyunu üzrə “İntellektual Region Gəncləri” adlı layihə Horadiz şəhər yeniyetmələri və məktəbliləri arasında keçirilmişdir.
Layihə rəhbəri Fərid Kərimov çıxış edərək qeyd etmişdir ki, layihənin keçirilməsində əsas məqsəd yalnız paytaxt Bakıda deyil, regionlarda da, xüsusən də cəbhə bölgəsində yaşayan, təhsil alan yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması və intellektual oyunlara marağın artırılması olmuşdur.  “Xəmsə” Milli İntellektual oyunu 2007-ci ildən etibarən hər il yeniyetmə və gənclər arasında ayrı ayrılıqda 4000-dən artıq gənci əhatə etməklə çempionat formatında keçirilir və İntellektual oyunlar üzrə ilk Azərbaycan brendidir.