12-13 yanvar 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn “Uğur Fırtınası” layihəsinin təlimləri Qəbələ şəhər 5 saylı orta məktəbdə uğurla həyata keçirilmişdir. Layihədə 9-10-cu sinif şagirdlərindən ibarət 32 nəfər iştirak etmişdir. Tədbir zamanı gənclərə özünü kəşf, ünsiyyət bacarıqları, inandırma qabiliyyəti, könüllülük mövzularını əhatə edən interaktiv seminarlar, karyera planlamasında ilkin mərhələ, liderlik, şəxsi inkişaf və uğur yolu adlı təlimlər və maraqlı müzakirələrlə davam etmişdir.
Layihənin sonunda təqdim olunan “Uğur Fırtınası” layihəsi haqqında rəy formasını iştirakçılar dolduraraq, layihənin onların həyatında mühüm rol oynayacağını qeyd etmişlər.
Tədbirlərdə diqqət çəkən əsas amillərdən biri, məktəb müəllimlərinin də layihəyə marağının olması, layihənin qeyri formal təhsili dəstəkləməsini bilmək olmuşdur.
Qeyd edək ki, layihənin yalnız hər iki gününü uğurla başa vuran otuz nəfər gənc sertifikatlar ilə təltif olunmuşdur.