24 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihə çərçivəsində Həbibbəy Mahmudbəyov adına 2№-li texniki-humanitar elmlər liseyində Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilmişdir.Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsi ilə başlamışdır. Konfransı giriş sözü ilə açan 2№-li texniki-humanitar elmlər liseyin direktoru Bəkir Mustafayev qeyd etmişdir ki, “Dördgünlük müharibə” adı ilə tarixə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırmışdır. Layihə rəhbəri Müqamət Əliyev bildirmişdir ki, Müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyi onun silahlı qüvvələrinin hazırlanmasından asılıdır. Odur ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksədilməsi günün ən aktual tələblərindəndir. Ulu Öndər Heydər Əliyev cənabları 2 fevral 1996-cı ildə gənclərin birinci forumunda söylədiyi nitqində gənclərlə məşğul olan bütün təşkilatların ictimaiyyətin diqqətini bu mühüm məsələyə cəlb edərək demişdir:”Azərbaycan ərazisinin bir qisminin ərazi bütövlüyü pozulduğuna görə milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi ,həyat qanunu nizamnaməsi olsun“Həqiqətən güclü ordu yaratmaq ,vətəni ,doğma torpağını canından artıq sevən gənclər yetişdirmək istəyiriksə ,bu prosesin körpəlikdən başlayaraq orta təhsilin bütün pillələrində ali məktəbdə, ailədə, cəmiyyətdə, hərbi hissədə davam etməsi lazımdır. Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışlar. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olmuşdur. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər və Ulu Öndərin şəkli əks olunmuş döş nişanı paylanılmışdır.