Azərbaycan Respublikasının Gənclər Fondu 22 noyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Tələbə Gənclər Təşkilatları İttifaqının Bakı şəhəri və regional nümayyəndələri ilə görüş keçirmişdir.
“Tələbə gənclər təşkilatları ilə görüş, uğurlar, naliyyətlər və fəaliyyət planları” adlı keçirilən görüşdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak edərək tələbələrin suallarını cavablandırmışlar. Gənclər Fondunun nümayəndələri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 7 mart tarixli Fərmanına əsasən Fondun Nizamnaməsinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı elan olunan və Avropa Parlamentində təcrübə proqramında iştirak etmək üçün açıq elan edilən müsabiqələr haqqında geniş məlumatı gənclərin diqqətinə çatdırmışdır. Görüşün keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərin fəaliyyəti, qarşıya çıxan problemələri və onların gələcəkdə həyata keçirmək istədikləri layihələr ilə yaxından tanış olmaq və onları Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə dəvət etməkdən ibarətdir olmuşdur.