Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş Təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin müsabiqə əsasında maliyyələşdirilməsi üzrə ərizə qəbulunun şərtlərinə əsasən, tələbələr tərəfindən ərizələri qəbul ediləcək ali təhsil müəssisələrinin iştirakı ilə 7 noyabr 2018 ci il tarixində Bakı Konqres Mərkəzində tədbir təşkil olunmuşdur.
Təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin müsabiqə əsasında maliyyələşdirilməsi üzrə ərizə qəbulu proqramı üzrə geniş təqdimatı eyni zamanda müraciət mexanizmləri barədə mövzunu əhatə etmiş tədbirdə Gənclər Fondu, Mİlli Məclis və Təhsil nazirliyinin nümayəndələri, eyni zamanda 31 Dövlət Ali təhsil müəssisələrinin prorektorları və tələbə gənclər təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Cənab prezident İlham Əliyevin müvafiq fərmanının məzmununa uyğun yaradılmış imkandan daha çox tələbənin yararlanmasının əlaqələndirilmiş şəkildə təşkil edilməsinin vacibliyi və zərurətini nəzərə alaraq, iştirakçılara Təhsil haqqının maliyyələşdirilməsi mexanizmi üzrə maarifləndirmə sessiyası təşkil edilmişdir.
Sessiyada Fondun icraçı direktoru tərəfindən elanın əhəmiyyəti və mövcud vəziyyət barədə ətraflı məlumat verilmiş, Fondun fəaliyyət istiqamətlərindən biri olan yuxarıda qeyd edilmiş istiqamətə Fondun qərarverici orqanı olan Müşahidə Şurası tərəfindən xüsusi önəm verildiyi vurğulanmışdır.
Parlament və Təhsil nazirliyi nümayəndələri tərəfindən Fondun həyata keçirdiyi işin əhəmiyyəti və bununla bağlı real sosial sifariş və qayğıların olması barədə fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Daha sonra Fondun əməkdaşı tərəfindən müraciət mexanizmləri barədə interraktiv təqdimat prorektor və tələbə gənclər təşkilatlarının rəhbərlərinə nümayiş etdirilmişdir. Plenar müzakirələrlə davam edən görüşdə bütün tərəflərin fikirləri dinlənilmiş və müvafiq qeydlər götürülmüşdür.
Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulu 18 noyabr 2018-ci il saat 20:00 tarixinədək davab edəcək. Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsi ilə qəbul olunacaqdır.