“IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərin qalibiyyət forumu” adlı tədbir sona çatmışdır

309

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsi çərçivənsində qalib olan “IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərin qalibiyyət forumu” adlı tədbir həyata keçirilmişdir. Layihə ətrafında IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak etmiş gəncləri bir araya toplayaraq, onların təcrübəsinin bölüşməsinə səbəb olmuşdur. Layihə rəhbəri olan Toğrul Quliyev bildirmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və iyirmigyaslı tədbirlər, gənclərimizin bu sahədə öz təşəbbüs və bacarıqlarının göstərmələrinə şərait yaratmışdır. Tədbir zamanı gənclər qazandıqları təcrübədən və əldə etdikləri uğurlardan danışmıdırlar.