Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının nümayəndələri Gənclər Fondunun qonağı olmuşdur

521

28-30 mart tarixlərində ölkəmizdə keçiriləcək “BLİC Sodrujestvo” seminarının nümayəndələri bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun qonağı olmuşdur.
Rusiya Federasiyasının Prezidenti yanında Beynəlxalq Əlaqələr üzrə Dövlət Milli Siyasətinin informasiya dəstəyi üzrə komissiyanın üzvü, “Gənc siyasətçi məktəbi”nin rəhbəri Andrey Xudoleyev, Tatarıstan Respublikasının İctimai Palatası etnik və konfessional əlaqələr komissiyasının sədr müavini Timur Kadırov və “Dostluq” Beynəlxalq Gənclər Təşkilatının direktorunun səlahiyyətlərini icra edən Ruslan Pliyev gənclərlə görüşmüdür.  Görüş zamanı tədbir iştirakçılarına “Sosial şəbəkələrdə layihələrin tanıtımı” və “Sosial dizayn: təcrübə və hallar” mövzularında təlim keçmişlər.
Təlimin yekununda gənclər ekspertlərə onları maraqlandıran suallar ilə müraciət etmiş və təlim müzakirə ilə davam etmişdir.
Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər.