“Özünü Xilas et!” adlı layihəsinə start verilmişdir

385

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X Qrant Müsabiqəsinin qalibi Səkinə Baxışova “Özünü Xilas et!” adlı layihə ilə Şəki “İstək” Litseyinin şagirdlərini maarifləndirməyə çalışdı.
Təlimdə Həkiməqədər ilk tibbi yardım mövzusunda əyani şəkildə geniş marifləndirilmə işi görülmüşdür. Hər hansı zədə almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilən ilk həkiməqədər yardımın böyük əhəmiyyəti olduğunu təlimdə iştirak edənlərə bildirilmişdir.
Layihə rəhbəri Səkinə Baxışova təlimdə hadisə yerində ( işdə, küçədə, evdə və s.)  bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq olduğunu  bunun üçün isə hər kəs  ilk tibbi yardım qaydalarını hamı öyrənməli və bilməli olduğunu bildirmişdir. Təlimdə həmçinin qonaq qismində Şəki “İstək” litseyin rəhbəri Coşqun Əhmədov, Şəki Regional Debat Mərkəzin idarə heyətinin üzvü Mahmud Abbasov, ekspert olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimi Rəfael Abdullayev iştirak etmişdir. Layihə rəhbəri Səkinə Baxışova həmçinin ictimai fəaliyyətini öz sahəsi üzrə fəaliyyət göstərən maraq klubu olan Gənc Təbiblər Klubun sədridir. Layihə Şəki ş. Gənclər və İdman İdarəsinin, Şəki ş. Təhsil Şöbəsinin, Şəki Rayon Mərkəzi Xəstəxanasının, Şəki Regional Debat Mərkəzin tərəftaşlığı ilə keçirilir.