“Gənc Ana və Uşaqların” Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ rayonunda 20-29 yaş arası gənc ailələr arasında “Aqroturizmin və Ekoturizmin inkişaf imkanları – gənc ailələrin maarifləndirilməsi” adlı layihənin icrasını uğurla başa çatdırmışdır.
Layihənin əsas məqsədi təbiət ərazilərinin qorunmasına dəstək göstərmək, ekoturizm anlayışının yerli sakinlər tərəfindn tanınması, dəstəklənməsi və inkişaf etdirilməsi üçün gənc ailələr arasında maarifləndiriımə işi aparmaq olmuşdur.
Keçirilən təlimlərdə layihə müəllifləri və təlimçilər dinləyicilərlə təbiət və ətraf mühitin qorunması məsələlərində fikir mübadiləsi aparmaqla onların bu sahədəki duyarlılıqlarını və ətraf mühitə dəyə biləcək ziyanın fərqində olmalarını artırdılar, gənc ailələrə ekoturizmin Qəbələ rayonunda inkiaf etdirmək üçün nələr edə biləkləri barədə məlumatlandırıldılar.
Layihənin icra planına uyğun olaraq təlimlər Qəbələ rayonunda 3 gün müddətində 30 nəfərlik qruplara keçirilmişdir.
Təlimlərin sonunda iştirakçılara paylama materialları (papaq, köynək, buklet, təqvim və s.) paylanılmışdır.