“Sən bu yüksəkliklərə layiqsən!” layihəsinin təqdimatı keçirilmişdir

681

28.02.2018-ci il tarixində, Bakı şəhərində, Binəqədi Gənclər Evində “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin “Sən bu yüksəkliklərə layiqsən!” adlı layihəsinin təqdimatı keçirilmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyilə ilə həyata keçirilir.
“Sən bu yüksəkliklərə layiqsən!” layihəsinin əsas məqsədi Azərbaycanın işğal edilmiş torpaqları haqqında dolğun məlumat vermək, ərazi bütövlüyü uğrunda baş verən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuş, vətənimiz uğrunda canını belə əsirgəməyən şəhid qardaşlarımızın xatirəsinin bir daha yad edilməsi, onların keçdikləri şərəfli döyüş yolunun cəmiyyətə tanıdılması ilə, insanlarda vətənpərvərlik ruhunun yüksəldilməsidir.