Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elitar Gənc Biznesmenlər Mərkəzi İctimai Birliyi tərəfindən “Biznesin hüquqi əsasları, təşkili və idarə olunması təlimi” layihəsi çərçivəsində yekun təlim təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Elitar Gənc Biznesmenlər İctimai Birliyinin sədri Tural Əliyev açdı. Çıxışı zamanı T.Əliyev qeyd etdi ki, ötən dövr ərzində Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli və 2002-ci il tarixli fərmanları ilə müvafiq olaraq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” qəbul edilərək icra edilmişdir.
Bakı şəhərində həyata keçirilən layihənin məqsədi sahibkarlıq sahəsi ilə maraqlanan gənclərlə görüşmək, prioritet məsələləri müzakirə etmək, yaranmış suallara cavab vermək, dəyirmi masa vasitəsilə gənclərin sahibkarlıq və biznes sahələrində bilik və bacarıqlarını artırmaq, eləcə də sahibkarlıq fəaliyyətlərinə fəal şəkildə cəlb olunmalarını təmin etmək, ölkədə məşğulluğun təmin edilməsi, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan verməkdir.
Tədbirin yekunda gənclərin mövzu ilə əlagədar sualları cavablandırıldı.