Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi olmuş Aliyə Orucovanın “Qəhrəman qadınlar” adlı layihəsinin sonuncu tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aliyə Orucova layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın qəhrəman qadınıarını gənclər arasında təbliğ etmək, onların keçdiyi şərəfli yolun gənclər tərəfindən daha dərindən öyrənilməsinə nail olmaqdan ibarətdir. O həmçinin qeyd edib ki, Azərbaycan qadınlar öz qəhrəmanlıq missiyasını çox şərəflə yerinə yetirirək şanlı tariximizdə dərin və unudulmaz izlər qoyublar. Biz hər zaman qəhrıman qadınlarımızla fəxr etməliyik. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən “Qəhrəman qadınlar” adlı layihənin aktual olduğunu qeyd edib.
Sonra layihənin eksperti Cəbrail Fərzəliyev çıxış edib, C.Fərzəliyev qeyd edib ki, Azərbaycan qəhrəman qadınları hər zaman şərəfli tariximizdə silinməz izlər qoyublar. Biz qəhrəman qadınlarımızla hər zaman qürur duyuruq. Sonda qeyd olunub ki, Azərbaycan gəncliyi qəhrəman qadınlarımızdan örnək götürməlidirlər.
Tədbirin sonunda layihədə iştirak edən gənclərə həvəsləndirici sertifikatlar təqdim edilib.