Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin müvafiq C kateqoriyasının qalibi olmuş “Sağlam ekologiya sənin bugünün və sabahındır” adlı layihə həyata keçirilmişdir.
İnsan sivilizasiyasının inkişafı hər zaman ətraf mühitə, hər şeydən əvvəl canlı təbiətə təsirin artması ilə müşayiət olunurdu. Bu gün insanın düşünülməmiş təsərrüfat fəaliyyəti nəticəsində təbii ekosistemlərin ləğv olunması və ətraf mühitin çirklənməsi elə miqyasa çatıb ki, bu, ekoloji göstəricilərdə özünü biruzə verməyə başlayıb.
Layihənin məqsədi son zamanlarda təbiətə vurulmuş ciddi ziyanı nəzərə alaraq, yeni gənc nəslin hələ kiçik yaşlarından ekoloji tərbiyə olunmasında və maariflənməsində qeyri ənənəvi metodlardan, yəni ekoloji oyunlardan istifadə etməklə ətraf mühitin qorunması işinə uşaqların, yeniyetmələrin diqqətini artırmaq və bu məqsədlə onların ekoloji tərbiyəsini inkişaf etdirmək olmuşdur.
Cari ilin yanvar ayının 15,17,19-u tarixləri olmaqla, dairəvi şəkildə hər bir iştirakçı uşaq və məktəblinin ailə üzvləri də layihə vasitəsilə bu prosesə cəlb edilmişdır. Tədris müəssisələrinin müəllim heyəti bilavasitə layihənin maarifləndirilmə proqramında iştirak edərək layihənin texniki imkanlarından faydalanaraq öz bilik və bacarıqlarını praktiki şəkildə inkişaf etdirmişdir. Uşaqlar və məktəblilər arasında ekoloji şüur və təfəkkürün formalaşdırılması, ekoloji mədəniyyətin aşılanması yolunda layihənin praktiki nəticələri bütün vasitələrlə işıqlandırılacaq, daha geniş əhali qrupuna çatdırılacaqdır.
Layihə çərcivəsində Saatlı rayonunda fəaliyyət göstərən 10-18 yaş arası 120 nəfər məktəbli layihədən texniki dəstək almaqla faydalanmışdır.