27 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Böyük Yol” Gənclər İctimai Birliyi, Şəmkir Rayon Gənclər və İdman idarəsi və Şəmkir Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sağlam gənclik idmanda” lahiyəsinin açılış mərasimi olub.
Açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçisi Davud Süleymanov, Şəmkir Rayon Gənclər Və İdman İdarəsinin rəisi Emin İsmayılov, “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri Güllü Atakişiyeva və idarə heyətinin üzvləri, Şəmkir rayon Təhsil şöbəsinin metodisti Südabə Vəliyeva, layihə rəhbəri Həbib Musalı və turnirə qatılmış komandalar iştirak edib.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri turnirin keçirilməsinin əsas məqsədlərindən danışaraq layihənin əhəmiyyətini vurğulayıb. Daha sonra çıxış edənlər idmanın ölkəmizdə inkişafından bəhs edib və komandalara uğurlar arzulayıblar.
Daha sonra püşkatma mərasi keçirilib, iştirak edən komandalar A və B qrupları üzrə mübarizəyə qoşulub.
A qrupu üzrə:
C.Rüstəmov adına şəhər tam orta məktəbi;
Ə.Cavad adına şəhər tam orta məktəbi;
Dəllər Cırdaxan kənd tam orta məktəbi.
B qrupu üzrə:
N.Gəncəvi adına şəhər tam orta məktəbi;
Zəyəm qəsəbə 2 saylı tam orta məktəbi;
R.Əliyev adına kənd tam orta məktəbi.
Gərqin mübarizə şəraitində davam edən oyunun sonunda C.Rüstəmov və N.Gəncəvi adına şəhər tam orta məktəbləri, Zəyəm qəsəbə 2 saylı tam orta məktəb və Dəllər Cırdaxan kənd tam orta məktəbi 4/1 finala vəsiqə qazanıblar.