Gənc Liderlər Proqramı 12-ci ildir ki keçirilir. Bu il iştirakçı ölkələrin sayı rekord həddə çatıb – Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Belarus, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Macarıstan, Kosovo, Makedoniya, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.
Proqram artıq təcrübəsi və nailiyyətləri olan 25-35 yaş arası 20 gənc lideri bir araya toplayacaq. Məqsəd: regional Aspen şəbəkəsini gücləndirmək və proqressiv liderliyi cəmiyyətlərdə təşviq etməkdir. İştirakçılardan öz cəmiyyətləri qarşısında duran problemlər üzərində məsuliyyəti öz üzərinə götürmək, innovativ və fundamental həllər təklif etmək gözlənilir.
Proqram Rumıniyada keçiriləcək 4 moduldan ibarət olacaq:
Modul I: “Aspen Seminarı” (16 – 22 aprel, 2018)
Modul II: “Müasir liderlik” (25 iyun – 1 iyul, 2018)
Modul III: “Bu gün liderlik qarşısında duran problemlər” (10 – 16 sentyabr, 2018)
Modul IV: “İctimai xidmət” (dekabr, 2018)
Sonuncu moduldan sonra iştirakçılardan orijinal ictimai xidmət layihəsi irəli sürmələri gözlənilir. Layihələr individual olaraq və ya qrup şəklində həyata keçirilə bilər. Layihə iştirakçıların müxtəlif bacarıqları, kreativ düşüncə və liderlik keyfiyyətlərini üzə çıxaracaq. Layihələr inkişaf, cəmiyyət, təhsil və ətraf mühit sahələrini əhatə edə bilər. Heç bir siyasi partiya təşəbbüsü ilə əlaqəsi olmamalıdır. İlin sonunda iştirakçılar layihələrini Rumıniyanın Aspen üzvləri və diqər qonaqlar qarşısında təqdim etməyə dəvət olunacaqlar.

Müraciət üçün son tarix: 5 fevral 2018
Əlavə: iştirakçılar ingilis dilini prosfessional səviyyədə bilməlidir.
Proqram iştirakçıların yaşayış və gündəlik bütün xərclərini qarşılayır. İştirakçılar yol xərclərini özləri qarşılamalıdır.
Proqrama müraciət üçün YLP2018_Nomination Form.docx, CV forması, motivasiya məktubu və rekomendasiya məktubu PDF formatında ioana.antonescu@ aspeninstitute.ro elektron ünvanına 5 fevral tarixinədək göndərilməlidir. İlk mərhəni keçən müraciətçilər mart ayında müsahibəyə dəvət olunacaq.