Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctmai Birliyinin təşkilatçılığı ilə “Aran kuboku” region gəncləri üçün intellektual festival adlı layihənin icrası uğurla yekunlaşdırıldı. Layihə Hacıqabul rayonunda icra olunmuşdur.
Layihənin həyata keçirilməsində məqsəd interaktiv metodlarla sağlam və sosial təcrid olunmuş gəncləri intellektual oyunlara cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, Azərbaycan tarixinin gənclər arasında təbliği, yeniyetmə və gənclərin intellektual oyunlarda iştiraklarının artırılması, onların maraqlarının müdafiəsi işinin aparılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Xalid Rəcəbli Hacıqabul rayonunda keçirlən açılış mərasimində qeyd etmişdir ki, bu layihə region gənclərinin intellektual inkişafına və asudə vaxtının səmərəli təşkilinə yardımçı olacaqdır. Vətəndaş cəmiyyətinin inkişafına xidmət edən bir çox təşkilatların (xüsusilə, gənclər təşkilatlarının ) insanların, əsasən gənclərin, sağlam həyat tərzi, mənəvi-əxlaqi tərbiyəsi və humanitar təminatı məsələlərinə diqqəti son dövrlər artmışdır. Odur ki, intellektual oyunların gənclər arasında təbliğınə həsr olunmuş layihələrin regionlarda icra olunması vətəndaş camiyyətinin inkişafını səciyyələndirən müsbət amil kimi nəzərə almaq olar. Maarifləndirmə işlərinin geniş miqyasda aparılması bir mənalı səkildə gənclərin gələcəkdə intellektual oyunlara marağın artmasına və fəaliyyətlərdən yararlanmaq istəyən digər gənclərində şansını artıracaqdır. Əsas diqqət gənclərə Azərbaycan tarixi haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır. İntellektual oyunların əhəmiyyəti və onun yaranma tarixi,əsas tərkib hissələrindən haqqında gənclərə geniş informasiya verilmişdir. Regionlarda gənclərin intellektual inkişafı, dünya görüşün inkişafı, komanda şəkilində işləmək bacarıqının inkişafı vacib amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilə xüsusi diqqət verərək demişdir: “Təhsil, intellekt, elm, tərəqqi deməkdir”. Dünyada bir millət və dövlət olaraq layiqli yer tutmaq istəyiriksə, intellektmizi möhkəmləndirməyi məqsədlərimiz sırasından çıxarmamalıyıq. Təhsilin keyfiyyət etibarı ilə yeni mərhələyə addımlaması paralel olaraq mədəniyyətimizin, intellektual potensialımızın yüksəlməsidir. İntellekt və mədəniyyət, bir tamın iki hissəsidir. Təhsil, intellektual inkişaf üçün strateji əhəmiyyət daşıyır. Müasir Azərbaycanda, özündə yüksək intellekt, emosional zənginlik və humanizm birləşdirən insan şəxsiyyətinin formalaşdırılması ön plana çəkilmişdir. Bunun ən ümdə komponenti isə intellektual inkişafdır. Əsrlərdən, süzülüb, saflaşıb, öz təsdiqini həyatda tapmış müdriklərin söz xəzinəsinəd olan – “xalqın intellektual gücü onun siyasi gücündən xeyli dərin olur”–kəlamı indi də,zamanın reallığına uyğundur. Öz biliyinə, təhsilinə arxalanmış insanların mövqeyi həmişə üstün olur. Dövr, mühit, zaman dəyişsə də tələblər həmişə artan xətt üzrə inkişaf edir. Müasir dövrdə, Azərbaycan təhsilinin və bununla bərabər mədəniyyətinin, milli dəyərlərin zəngin çalarlarını dünyaya açıqlamasında güclü intellektaul bazaya malik olmağın vacibliyi bir daha özünü təsdiq edir. İntellekt qarşılıqlı ünsiyyət zamanı özünü biruzə verir. Gənclərin intellektual inkişafının əsasında bilik, zəngin ağıl və möhkəm iradə dayanır.