“Elm tədqiqatdan başlayır” layihəsi çərçivəsində növbəti təlim keçirildi

590

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X Qrant müsabiqəsinin qalibi olan “Elm tədqiqatdan başlayır” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində təlimlər keçirilmişdir.
Layihənin rəhbəri Ayşəm Balayeva iştirakçıları salamlayaraq, layihə haqda məlumat vermişdir. A.Balayeva layihənin məqsədinin elm sahəsində mövcud kadr potensialını gücləndirmək, o cümlədən gəncləri elmi tədqiqat işləri ilə məşğul olmağa təşviq etmək, elmi potensialı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəltmək olduğunu bildirmişdir.
İki hissəli keçirilən təlimlərin birinci hissəsində tədqiqat metodları, düzgün tədqiqatın keçirilmə qaydaları haqda məlumatlar verilmiş, ikinci hissəsində xüsusi analiz proqramı olan SPSS proqramında bazanın yaradılması, məlumatların daxil edilməsi və təhlili ilə bağlı biliklər verilmiş, iştirakçılara proqramda işləmə texnikaları öyrədilmişdir. Təlimlərdə müxtəlif universitetlərin bakalavr, magistr tələbələri və doktorantları iştirak etmişdir.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış və təlimlərdə müvəffəqiyyətlə iştirak edən iştirakçılara sertifikatlar verilmişdir.