Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin qalib olduğu “Azərbaycan qarşısında borc” gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü adlı layihəsinə start verilmişdir.
Layihənin icra planına uyğun ilk olaraq layihənin idarə heyətinin formalaşdırılması ilə başlanılmışdır. Daha sonra isə layihənin açılış (təşkilatdaxili) və rayonlardakı təqdimatlarının vaxtı təyin olunmuş və hazırlıqlara başlanılmışdır.
İcra olunana bu layihənin əsas məqsədi layihnin adından göründüyü kimi: skaut hərəkatı vasitəsilə regionlarda yeniyetmə və gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onların ictimai fəallığını artırmaq, Respublika səviyyəsində hərəkatın inkişafına nail olmaq və bununla da ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinə tövhə verməkdən ibarətdir.
Beləliklə, layihənin təşkilatdaxili təqdimatı 21 yanvar 2018-ci il saat 10:30-da Azərbaycan Skautlar Assosiasiyasının Altes Plazadakı (2-ci mərtəbə) ofisində təşkil olunacaqdır.
Ümumilikdə layihə 8 ay ərzində keçirilməsi nəzərdə tutulmuşdur və aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
– Layihənin təşkilatdaxili təqdimatı (Bakı şəhəri);
– Layihənin 6 rayonda təqdimatı (Şirvan şəhəri – 03.02.2018, Quba rayonu – 04.02.2018, Xaçmaz rayonu – 04.02.2018, Mingəçevir şəhəri – 11.02.2018, Ağdam rayonu – 17.02.2018 və Balakən rayonu – 24.02.2018). (Təqdimatdan dərhal sonra anket və müsahibə köməyilə hər rayondan 2 nəfər könüllü seçiləcəkdir.);
– Liderlik məktəbi (Rayonlardan seçilmiş könüllülər üçün təlimlər təşkil olunacaqdır.);
– Dəstələrin yaradılması (Təlimlərdən sonra rayonlardan seçilmiş və təlim keçmiş liderlər öz rayonlarında minimum 2 patrul olmaqla dəstə yaradacaqlar.);
– Monitorinqlər (Səfərlər, hesabatlar və s. formada dəstələrin fəaliyyətinin monitorinqi aparılaraq onlara dəstək olunacaqdır.);
– Düşərgə (Yekunda rayonlarda yaradılmış dəstələr üçün düşərgə təşkil olunacaqdır).
Layihənin həyata keçirilməsində Şirvan, Quba, Xaçmaz, Mingəçevir, Ağdam və Balakən rayonlarında yaşayan böyükyaşlı könülüllərin və Azərbaycan Skautlar Assosiasiyasına üzv skautların dəstəyinə ehtiyac vardır.
Əgər siz də skaut layihəsinin həyata keçirilməsində yaxından iştirak edib bu sahədə yeni bilik və bacarıqlar əldə etmək istəyirsinizsə, onda təqdimatlarda iştirak etməklə və bizlə əlaqə saxlamaqla ətraflı məlumat əldə edə bilərsiniz.
Şirvan, Quba, Xaçmaz, Mingəçevir, Ağdam və Balakən rayonlarında:
– yaşayanlar,
– uşaqların asudə vaxtlarını faydalı keçirməkdə və onların vətənpərvər ruhda tərbiyə etməkdə maraqlı olanlar ,
– yeni həyati bilik və bacarıqlar əldə etmək istəyənlər,
– sağlam həyat tərzi keçirənlər,
– təbiəti sevənlər və s. və ilaxir.-lər üçün əla bir şans.
BU ŞANSI QAÇIRMAYIN! BİZƏ QOŞULUN!
2. +994 70 917 54 51 (Hüseyn Hüseynov)