“Sadəcə Mən – 2” sağlamlıq məhdudiyyətli uşaqların idmana olan marağından bəhs edən fərdi inkişaf layihəsidir. Hər bir gəncin idmana marağı var. Ən əsası idman onların həyatında hansı rolu oynayır? Biz bunu araşdırmağa çalışdıq. Gəldiyimiz nəticə isə “idman əngəl tanımır” şüarı oldu. Sözün əsl mənasında idmanın insanı həyata necə bağladığının şahidi olduq.
“Sadəcə Mən – 2” adlı layihə 1 saylı Sağlamlıq İmkanları məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təhsil alan gənclərlə bərabər keçirilmişdir. Layihə 2 gün davam etdi. Layihədə 5 qat Azərbaycan çempionu, 23 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi Eduard Məmmədov, psixoloq Gülnar Orucova, karetə üzrə 7 qat Respublika və dünya çempionu, Bakı Karate-Do Akademiyasının rəhbəri Vüsal Abdullazadə və güləş üzrə dəfələrlə dünya və avropa çempionu Rəsul Çunayev iştirak etmişdir.
Belə layihələrimizin davamlı olması biz gəncləri daha da təcrübəli vətəndaş olaraq cəmiyyətdə formalaşdırır. Bizə bu cür şərait yaratdıqları üçün başda Fərhad Hacıyev olmaqla Azərbaycan Gənclər Fonduna təşəkkürlərimizi bildiririk. Bu sözləri qısa müsahibəsi zamanı layihə rəhbəri söyləyib.