Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə X qrant müsabiqəsinin qalibi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə fakültəsinin III kurs tələbəsi Famil Qurbanovun “Bədən Dili” adlı layihəsi həyata keçirilib.
Layihənin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ülviyyə Usubova, YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Bədən Dili” layihəsinin rəhbəri Famil Qurbanov layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.
Daha sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ülviyyə Usubova və YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. “Bədən Dili” layihəsinin günümüzdə çox aktual mövzu olduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlı olmasını arzulayıblar.