Gənclərin Yüksək Texnologiyaya Təşviqi və Əmək Bacarıqlarının İnkişafı layihəsi çərçivəsində 2018-ci ilin ilk “High Tech” layihəsinə start verilir!
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək Mikroelektronika və Programla İdarə Olunan Sistemlər layihəsi zamanı gənclər 15 günlük nəzəri və praktiki təlimdə iştirak edəcəklər. Bu zaman onlar Mikroelektronikanın təməl biliklərinə yiyələnərək, Arduino tipli platalarda proqramlaşdırma və təməl modelləşdirməni öyərənəcəklər. Daha sonra isə onlar 5 nəfərdən ibrət 3 qrupa bölünərək komanda şəklində Mikroelektronika və Arduino biliklərini tətbiq edib robot və proqramla idarə oluna prototiplərini hazırlayacaqlar. Hər komanda uyğun olaraq onlara verilmiş materiallardan istifadə edərək elektronika cihazını dizayn etməlidirlər.
Layihənin məqsəd və vəzifələri:
– Layihə ilə işləyərək gənclərdə sistemli şəkildə yüksək texnologiyaların dizayn qabiliyyətinin inkişafına nail olmaq;
– Gənclər arasında qabaqcıl informasiya texnologiyalarından faydalı istifadənin və patent hüququnun təbliğinə çalışmaq;
– Yüksək Texnologiyalar sahəsində qeyri-ənənəvi təhsil metodlarının tətbiq edilməsi;
– Sənayedə tətbiq edilən elektronika cihazlarının işlənib hazırlanmasında yeni addımların atılmasına nail olmaq;
– Qrup şəkilində gənclərdə komanda halında işləmək bacarığını inkişaf etdirmək.
Layihədə kimlər iştirak hüququ əldə edəcək :
– Mikro elektronika və mikroelektroninkanın proqramlaşdırmasını öyrənmək arzusunda olan gənclər;
– Peşə təhsilini inkişaf etdirmək istəyən və bu imkanlara nail olmayan gənclər;
– İxtira yönümlü və prototip hazırlamaq istəyən gənclər;
– Beynəlxalq layihələrdə ölkəmizi təmsil etmək arzusunda olan gənclər;
– Yüksək Texnologiyalara marağı olan Gənclər.
Layihənin seçim turu və mərhələləri:
I-ci Mərhələdə online müraciət formasının doldurulmalıdır.
Müraciəti təsdiq edilən gənclər II-ci mərhələyə müsahibə turuna dəvət alacaq.
Müsahibədən müvəffəq olan gənclər layihədə iştirak hüququ əldə edəcəklər.
Müraciətçilər linkə daxil olaraq online ərizə formasını doldura bilər: https://goo.gl/4d6bGh
Son müraciət tarixi 15 yanvar saat 18:00
Layihədə iştirak ÖDƏNİŞSİZDİR!
Ərizələri qəbul edilən tələbələrlə əlaqə saxlanılaraq II-ci mərhələ müsahibə mərhələsinə dəvət alacaq.
Ətraflı Məlumat üçün:
Email: [email protected]
Mobile: +994 77 744 44 22
Tel: +99412 594 22 24