15, 18 və 25 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Gənclər arasında siyasi və sosial protokol qaydaları” adlı layihə reallaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan layihənin əsas məqsəd gənclərin siyasi və sosial protokol qaydaları ilə bağlı maarifləndirilməsi,bu istiqamətdə həyata keçirilən təlimlərdə gənclərin fəallığının artırılması, və oyrənilən məlumatların gündəlik həyatımızda reallaşdırılmasıdır. Layihə çərçivəsində Protokol və etiket qaydaları haqqında geniş məlumatlar verilmişdir.
15.12.2017-ci il tarixində keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Orxan Əlixanlı öz nitqində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Daha sonra Bakı Dövlət Universitetinin müəlliməsi Nuran Məmmədli siyasi və diplomatik protokol qaydalarında təlim keçmişdi.
18.12.2017-ci il tarixində layihə çərçivəsində növbəti təlim keçirilib və bu dəfə movzu sosil protokol qaydalarını əhatə etmişdi.
Sonuncu təlim 25.12.2017-ci il tarixində keçirildi. Xüsusi ilə etiket qaydalarında geniş danışıldıqdan sonra bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.