21 dekabrın 2017-ci ildə Sevinc Hüseynovanın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqənin qalibi kimi yerinə yetirdiyi “Təbiətimizi sevək və qoruyaq: “Xəzər dənizinin faunası” atlasının hazırlanması, nəşri və təşviqi” layihəsi çərçivəsində seminar keçirilmişdir. Mövzu “Xəzər dənizinin canlı təbiəti və onun ekoloji problemləri”ni əhatə edirdi.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin müəllim və tələbələri iştirak etmişlər. Tədbiri açan layihə rəhbəri Sevinc Hüseynova layihənin məqsəd və məramlarını vürğulayaraq qeyd etdi ki, Xəzər dənizinin təbiətinin araşdırılması, onun problemlərinə, potensial imkanlarına diqqətin artırılması, gənclər arasında bu məsələlərin müzakirəsi günün tələbidir. Layihənin yekunu olaraq Xəzərin faunasını, xüsusən onun balıqlar aləmini özündə əks etdirən nəfis kitabın nəşrnin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır. O, qeyd etdı ki, layihənin seminarlarından birinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində keçirilməsi təsadüfi deyildir. Biologiya üzrə elmi-pedoğoji kadrlar hazırlayan bu təhsil müəssisəsində Azərbaycanın təbiəti ilə bağlı məsələlərin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir.
Həyata keçirilməkdə olan bu layihənin məqsədlərindən biri də gənc nəslə təbiətimizin tanınması və sevgi hissinin aşılanması üçün maarifləndirmə istiqamətində işlərin görülməsidir.
Tədbirdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Çingiz Məmmədov “Müasir dövrdə Xəzərin ekoloji vəziyyəti və onun müdafiəsinin aktual problemləri”, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Vüsalə Məmmədzadə “Xəzərin təbiəti və ekoloji mədəniyyət” mövzusunda məruzələrlə çıxış etmişlər. Hər iki məruzədə Xəzərin təbiətinə, onun problemlərinə, ehtiyaclarına, malik olduğu potensialına diqqət kəskinləşdirilmiş, maraqlı məlumatlar iştirakçılara çatdırılmışdır.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Gülgəz Məmmədova hazırlanmış elektron videomaterialları iştirakçılara təqdim etmişdir.
Tədbirdə qaldırılan məsələlər üzrə geniş müzakirə aparılmış, maraqlı təkliflər irəli sürülmüşdür. Xüsusən, mövcud ekoloji problemlərin qarşısının alınması üçün gənclərin də səfərbər edilməsinin vacibliyyi vurğulanmışdır. Müzakirələrdə çıxış edən Biologiya fakültəsinin dekanı Elnarə Möhbalıyeva bu cür tədbirlərin keşirilməsinin əhəmiyyətini qeyd etmiş, onun tələbələr üşün faydasını diqqətə çatdırmışdır.
Çıxış edən digər müəllim və tələbələr Azərbaycan təbiətinin müxtəlif aspektlərinin təbliği üçün atlas tipli maarrifləndirici, böyük informasiya yüklü sistemləşdirilmiş kitabların hazırlanması və çapının dəyərli bir iş olduğunu qeyd etmiş, bu işdə əməyi olan insanlara uğurlar arzulamışlar.