Azərbaycan Maarifçi Gənclər Təşkilatı oktyabr ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel Döyüşləri – Şanlı Qələbəmizdir” adlı layihə həyata keçirir. Layihə çəşçivəsində 30 dəqiqəlik sənədli film lentə alınıb. Sənədli film aprel döyüşlərində həlak olmuş Pəncəli Teymurov, Rəvan Murayev və Ülvin Məmmədov olmaqla 3 şəhidimizdən bəhs edir. Sənədli film 6 saylı məktəb-liseyin şagirdlərinə nümayiş etdirilərək aprel şəhidlərimzin tanınması istıqamətində gənclər arasında maarifləndirmə işi aparılıb.
Layihənin yekunu tədbiri ilk siniflərini 6 saylı məktəb-liseydə oxumuş Mahir Qədirovun ad günü olduğu üçün 21 dekabr 2017-ci ildə həyata keçirildi. Tədbir Park Bulvar AVM-in Tusi Planetarium zalında baş tutdu. Tədbirdə Şəhid Mahir Quliyevin valideynləri və digər şəhid valideynləri iştirak ediblər. 6 saylı məktəb-liseyin müəllim və şagird heyəti Mahir Qədirovun və bütün şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər və onun barəsində hazırlanmış videoçarxa baxdılar. Daha sonra isə layihə çərçivəsində lentə alınmış “Aprel Döyüşləri – Şanlı Qələbəmizdir” adlı sənədli filmin nümayişi oldu.
Layihəin rəhbəri Ruhiyyə Aslanova sonda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna layihənin maliyyə dəstəyinə , 6 saylı-məktəb lisseyin kollektivinə layihəyə göstərdiyi marağa, Park Bulvar AVM-a Tusi Bohm Planetrium zalına görə təşəkkürünü və bütün tədbir iştirakçları adından Mahir Qədirovun valideynləri qarşısında belə igid oğul yetişdirdikləri üçün baş əydiyini bildirdi. Bundan əlavə bütün şəhidlərimiz barədə belə maarifləndirici filmlərin çəkilməsinin vacibliyini vurğuladı.