[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC016334.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsi çərçivəsində növbəti təlim 20-21 oktyabr 2012-ci il tarixlərində, Sumqayıt şəhərində “Layihə yazılışı” mövzusunda olmuşdur. Təlimdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etmişlər. Təlimdə çıxış edən layihə əlaqələndiricisi İsmayıl Kərimov layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırıb.
İki günlük təlimdə layihə anlayışı, layihə yazılışının planlaşdırılmasında problemin və maraqlı şəxslərin təhlili, məqsədin müəyyən edilməsi və alternativ strategiyaların seçilməsi, müdaxilənin məntiqi, layihə yazılışında indikatorların göstərilməsi, risk analizi, məntiqi çərçivənin yazılışı, layihə yazılışında dil üslubu, büdcə tərtibatı və digər mövzular interaktiv metodla iştirakçılara çatdırılmışdır. Təlimdə gənclər qrup işləri vasitəsilə öyrəndikləri biliklərlə layihələr hazırlamışlar. Təlimin sonunda ümumi qiymətləndirilmə aparılmış və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3630″ id=”3630″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]