Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin nəticələri

5770

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 24 aprel – 15 may  2017-ci il tarixlərində 10-cu qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1799 layihə təklifi daxil olmuşdur.

Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 144, “B” kateqoriyası üzrə 6 və “C” kateqoriyası üzrə 418 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 568 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.011.600 manat vəsaitin ayrılması qərara alınmışdır.

10-cu qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə tanış ola bilərsiniz:

KATEQORİYA A    KATEQORİYA B     KATEQORİYA C