[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC08366.jpg” ]
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ekoloji İnternet bloqçuluğunun inkişafına dəstək” layihəsi çərçivəsində gənclər üçün təşkil olunmuş ekoloji təlimlərə başlamışdır. Layihənin hədəf qrupu qeyri-hökumət təşkilatlarından, ali və orta təhsil müassisələrindən olan fəal gənclərdir.
Layihənin əsas məqsədi–ölkədə gənclər arasında ekoloji İnternet bloqçuluğunun inkişaf etdirilməsidir. Bu məqsədlə Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu müxtəlif mövzularda təlimlər vasitəsi ilə gənclərin ekoloji biliklərini və İKT vərdişlərini artıracaqdır.
İlk təlimlər 6 və 13 oktyabr 2012-ci il tarixlərində keçirilmişdir. Təlimçi-ekoloq Sadiq Rzayev tərəfindən aparılmış təlimlərdə 20 nəfər gənc iştirak etmişdir. İlk təlimlərin mövzuları “Ümumi ekologiya” və “Biomüxtəliflik” olmuşdur. Təlimlər zamanı “Ətraf mühit anlayışı”, “Ekologiyanın əsasları”, “Ekoloji qruplar”, “Ekologiyamızda nə dəyişməli, nə dəyişməməlidir?”, “Qlobal Biomüxtəliflik strategiyasında iştirak edən fərdi şəxslər, təşkilatlar üçün 8 prinsip”, “Azərbaycanda biomüxtəliflik” və s. kimi məsələlərdən danışılmışdır. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir.
Nəzərinizə çatdırırıq ki, növbəti təlim ““Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu” mövzusunda olacaqdır. Təlimlər hər həftənin şənbə günü saat 11.00-14.00-da, İ.P.Dadaşov küçəsi 50 ünvanında keçiriləcəkdir. Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və [email protected] e-mail ünvanı ilə əlaqə saxlayaraq təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3461″ id=”3461″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]