[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/IMG_5649-1.jpg” ]
“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi” layihəsinin icrası davam edir.
Qeyd edək ki, layihə çərçivəsində ölkə miqyasında, xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbirlər həyata keçirməklə gənclərdə, bütövlükdə cəmiyyətdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinə nail olunması nəzərdə tutulur. Bununla bağlı layihənin İcra Planının fəaliyyət istiqamətlərinə uyğun növbəti tədbir Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) iştirakı ilə cari ilin oktyabr ayının 12-də Sumqayıt Tarix muzeyinin konfrans zalında həyata keçirilmişdir.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi, İcra Hakimiyyəti yanında yerli komissiya üzvləri, QHT-lər, gənclər təşkilatlarının nümayəndələri və aparıcı təhsil müəssisələrinin tələbələri iştirak etmişlər. Tədbir iştirakçılarına ölkədə bu sahədə aparılmış uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilmiş, eləcə də mütəxəssislər tərəfindən dünyada qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilmişdir. Dövlətin bu sahədə əsas prioritet istiqamətlərindən sayılan yeni Dövlət Proqramının hazırlanmasında yerlərdən ola biləcək təkliflərin ümumiləşdirilməsi ilə bağlı müzakirələr də aparılmışdır.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3436″ id=”13436″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]