[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/Изображение-021.jpg” ]
12 oktyabr 2012-ci il tarixində “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik tərbiyəsi və dövlətçiliyin təbliği: İslahatlar və perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə ehtiyatda olan zabitlər, tanınmış hərbi ekspertlər, müharibə və silahlı qüvvələr veteranları, şəhid ailələri və media nümayəndələri iştirak etmişlər.
Tədbir “Çağırışçı gənclər arasında vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində həyata keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənir.
Tədbirin sonunda “Dəyirmi Masa” iştirakçıları müraciət qəbul etmişlər.