[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/BGU.jpg” ]
Bu gün “Belarus-Azərbaycanlı Gəncləri” təşkilatının üzvləri Minsk İdarəçilik Universitetinin kitabxanasına Azərbaycanla bağlı 50-dən çox kitab hədiyyə etmişlər. Kitablar daha çox “İrəvan xalçası”, “Qarabağ Xalçası”, ”Təbriz Xalçası”, ”Azərbaycan xalçaları”, ”Ermənilərin Qafqaza köçürülməsi”, ”Erməni teroru” kimi mövzuları əhatə edib. Kitabxananın rəhbərliyi bildirib ki, bu kitablar kitabxana üçün çox dəyərlidir. Təşkilatın üzvləri Qarabağ həqiqətlərinin qardaş Belarusda işiqlandırılmasının bundan sonra da vacib olduğunu qeyd etmişlər. Kitablarla birlikdə, Azərbaycan həqiqətlərini əks etdirən buklet və broşurlar da kitabxanaya hədiyyə edilmişdir.
Yaradılan şəraitə görə Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri İsfəndiyar Vahabzadəyə minnətdarlığını bildirən təşkilatın sədri Orxan Muxtarlı, daha sonra Belarusya Dövlət Universitetinin Beynalxalq Əlaqələr Şöbəsinin rəisi Reznikov Vadim Yevgeniyeviçlə görüşmüşdür. Görüş əsnasında ali təhsil ocağında azərbaycanlı tələbələrin sayının çoxluğu nəzərə alınaraq, azərbaycanlı tələbələrə müəyyən güzəştlərin olunması təklifi müzakirəyə qaldırılmışdır.
Orxan Muxtarlı lahiyənin həyata keçməsində EEASA, ASAIF və Azərbaycan Gənclər Fondunun qatqılarını qeyd etmişdir.